Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsın.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin növbədənkənar sessiyasında çıxış edib.

O qeyd edib ki, dövlətin bu məsələyə olan münasibəti olduqca vacibdir:

"Bununla hər il yüzlərlə ailəyə bu sevinci bəxş etmək olar".

Deputat Siyavuş Novruzov isə deyib ki, reproduktiv sağlamlıqla bağlı məsələ Azərbaycanda düzgün həyata keçirilməyir:

"Allah kiməsə uşaq verməyibsə, ona süni mayalanma ilə övlad vermək dini cəhətdən də düz deyil. O vaxt Dini komitənin sədri olanda belə bu qanunun əleyhinə çıxmışam".