“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov fevralın 17 Kürdəmirdə vətəndaş qəbulu keçirəcək.

Bu barədə Teleqraf.com-a “Azərsu” ASC-dən bildirilib.

“Azərsu” ASC-nin sədr müavini Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinləri qəbul edəcək.

Məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.