“Azərbaycanda koronavirusa yoluxanların sayı gedərək artır. Operativ Qərargahın rəqəmləri şişirtdiyini qətiyyən düşünmürəm”.

Teleqraf.com xəbər verir ki, bunu Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.

Professor vətəndaşları diqqəti olmağa çağırıb: “Virusa bir dəfə yoluxmuş və peyvənd olunmuş vətəndaşlar bir daha yoluxa bilərlər. Diqqətli olun!

Daha əvvəl yoluxma, yaxud peyvənd olunmaq zirehli jilet geyinmək kimidir - hələ də bədəninizdə gülləyə açıq sahələr var, qəlpə isə jileti də dələ bilər”.