BAKI, 15 mart. TELEQRAF

Orta Şərqdə sülhə olan tələbatla bağlı konsensus mövcuddur.

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” panel müzakirələrində Misirin İnsan Hüquqları üzrə Milli Şurasının prezidenti Kemet Butros Ghali, Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali naziri olmuş Muşirə Xəttabı deyib.

O qeyd edib ki, Avropanın təhlükəsizliyi indiki vəziyyətdə Orta Şərqin təhlükəsizliyi ilə sıx bağlıdır.

“Deyərdim ki, sülhün qütbü artıq Misirdədir. Burada qadınların üzərinə böyük iş düşür. Amma bir daha qeyd edirəm, iqlim böhranı kimi ciddi problemi gözardı edə bilmərik. İqlim dəyişikliyinin ən ağır təsir edəcəyi region məhz Afrikadır. COP-29 keçirilən dövrdə mən özüm Afrikada uşaqların rifahı ilə bağlı konfrans təşkil etdim. Orada Afrika qitəsində yaşayan uşaqlar arasında diareya hallarının və digər xəstəliklərimin kəskin şəkildə artmasına dair müzakirələr apardıq. Oxşar məsələ COP29-da da müzakirə olundu. Amma təkcə müzakirələrlə kifayətlənmək olmaz, artıq fəaliyyətə keçmək vaxtıdır”, – Muşirə Xəttab bildirib.