Azərbaycan və Çin arasında münasibətlərin qurulmasının uzun tarixi var. İki ölkənin liderlərinin, xüsusilə Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün Çin və Azərbaycan strateji tərəfdaşdır.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
O qeyd edib ki, həm Çində, həm də Azərbaycanda prokurorluq orqanları hüquq-mühafizə sahəsində çox məsuliyyətli və hesabatlı qurumlardır:
“Bu baxımdan, iki ölkənin prokurorluq orqanları arasında belə bir münasibətin mövcud olması çox vacibdir.
Mən və həmkarım Yinq Yonq iki ölkənin cəmiyyətlərinin, Çin və Azərbaycan xalqlarının mənafeyi naminə daha səmərəli və faydalı əməkdaşlığın qurulmasında çox maraqlıyıq”.