BAKI, 31 avqust. TELEQRAF
Azərbaycan və Çin Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, sənəd Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Memoranduma Azərbaycan tərəfindən Baş prokuror Kamran Əliyev, Çin tərəfindən isə Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq imza atıb.
Səfər çərçivəsində Azərbaycan Baş Prokurorluğunda Kamran Əliyev və Yinq Yonq arasında təkbətək görüş keçirilib. Daha sonra Çin nümayəndə heyəti ilə ikitərəfli görüş baş tutub.
Azərbaycan və Çin prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın təmin edilməsinə verdiyi mühüm töhfəyə, peşəkar və dostluq münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsindəki xidmətlərinə, təcrübə mübadiləsinin və qarşılıqlı yardımın təşviqində göstərdiyi xüsusi xidmətlərə görə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı ilə Azərbaycan Respublikasının “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.
Yubiley medalı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Yinq Yonqa təqdim edilib.