BAKI, 27 avqust. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev balıqçılıq sahəsində mühüm tənzimləmələri nəzərdə tutan "Balıqçılıq haqqında" yeni Qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, qanun Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.