BAKI, 25 avqust. TELEQRAF

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi Maksimilian Henniqə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səfir Kamil Xasiyev 25 avqust 2026-cı il tarixində etimadnaməsinin surətini Avstriya Respublikası Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi cənab Maksimilian Henniqə təqdim etmişdir", - paylaşımda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 29-da K. Xasiyevin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.