BAKI, 30 iyul. TELEQRAF
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq.
Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Kərim Abbasəli oğlu Kərimovun Bakı şəhərində yaşadığı binaya (Zərgərpalan küçəsi, 16) xatirə lövhəsinin vurulmasını təmin edəcək.