BAKI, 22 iyul. TELEQRAF

COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Nazirlər Kabineti 2020-ci il 23 iyul tarixli 262 nömrəli qərarının 2-ci hissəsində “iyulun” sözü “oktyabrın” sözü ilə əvəz edilib.