BAKI, 20 iyul. TELEQRAF

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı artırılaraq 14 nəfər müəyyən edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin, qərara əsasən Kənd Təsərrüfatı Nazirliyinin aparatına daxil olan xidməti avtomobillərin sayı 19-dan 20-yə artırılıb.