BAKI, 17 iyul. TELEQRAF
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclasının ilin sonunadək keçirilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.
"Cari ilin sentyabr ayında Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Aleksey Overçuk arasında bir sıra istiqamətlərin müzakirəsi məqsədilə görüşün keçirilməsi planlaşdırılır", - deyə qeyd edib.