BAKI, 13 iyul. TELEQRAF

Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.

"Hörmətli Prezident Şavkat Miromonoviçlə şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olub”, - İlham Əliyev qeyd edib.

O bildirib ki, hazırda ölkələrimiz arasında bir çox iqtisadi, sənaye layihələri icra edilir.