BAKI, 20 may. TELEQRAF
Pakistan İslam Respublikasının iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycanın 5 iyun 2026-cı il tarixində Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb, tədbirə hazırlıq prosesi müzakirə edilib.