BAKI, 6 may. TELEQRAF
Hazırda dünyanın diqqəti müxtəlif bölgələrdəki qaynar münaqişələrə yönəlsə də, su təhlükəsizliyi və energetika kimi ənənəvi müzakirə mövzuları hələ də problematik olaraq qalmaqdadır.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev 25-28 may tarixlərində Düşənbədə keçiriləcək "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
F.Şəfiyev qeyd edib ki, müasir beynəlxalq münasibətlərdə su və inkişaf platformaları mühüm əhəmiyyət kəsb edir:
"Bu gün dünyada böyük bir qeyri-müəyyənlik hökm sürür. Biz fokusun daha çox qaynar münaqişələrə yönəldiyini görürük. Lakin su və energetika kimi ənənəvi subyektlər çox problemli olaraq qalır. Azərbaycan bu istiqamətdə bir neçə mühüm tədbirə ev sahibliyi edir".