BAKI, 30 aprel. TELEQRAF

Kanada parlamentində Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu qrup ikitərəfli münasibətləri gücləndirəcək və parlamentlərarası əməkdaşlığı dərinləşdirəcək:

"Kanada Parlamentində Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun görüşündə iştirak etmək məmnunluq doğurur. Yeni formalaşmış icraçı komandanı təbrik edir və onlara uğurlar arzulayırıq. Əminik ki, bu qrup ikitərəfli münasibətləri gücləndirəcək və parlamentlərarası əməkdaşlığı dərinləşdirəcək".