XOCAVƏND, 1 oktyabr. TELEQRAF
“Birliyin Gücü-2026” birgə hərbi təlimində 3 500-dən artıq şəxsi heyət iştirak edir.
Teleqraf-ın Xocavəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov “Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, təlimin əsas mövzusu hibrid təhdidlərə və terror fəaliyyətlərinə qarşı mübarizə aparılması, qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsidir.
Bildirilib ki, təlim çərçivəsində 130-dan artıq pilotsuz uçuş aparatı, 90-dan çox artilleriya sistemləri, 30-a yaxın aviasiya vasitələri, 30-dan çox REM/REK/RL sistemləri, 20-yə yaxın HHM vasitəsi, 8 dəstdən çox mühəndis texnikası, 30 vahidə yaxın dəniz vasitələri və 70-dən çox zirehli texnikadan istifadə olunur.
Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edir. 9 ölkə isə müşahidəçi qismində təmsil olunur.