BAKI, 28 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtonun növbəti hədəfi olacağını bildirib.

Teleqraf xəbər verir ki, o, Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı ABŞ ordusunun gücündən danışaraq bu fikri səsləndirib.

“Mən güclü silahlı qüvvələr yaratdım. Demişdim ki, onlardan istifadə etməyə ehtiyac olmayacaq, amma bəzən lazım olur. Yeri gəlmişkən, Kuba növbətidir”, - deyə Tramp qeyd edib.

ABŞ lideri Kubaya münasibətdə konkret addımlar və planlar barədə əlavə məlumat verməyib.