BAKI, 13 mart. TELEQRAF
Əsas prioritetimiz birdəfəlik olaraq dünyanın bütün ölkələrinin özünü təmin edə biləcək enerji siyasətlərini həyata keçirməsidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum XIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Türkiyə çoxtərəfli COP sədrliyi prosesi həyata keçirəcək:
“Burada hər kəsi dinlədiyimiz, cəmiyyətin bütün təbəqələrinin nəzərə alındığı, heç kimin geridə qalmadığı bir COP sədrlik prosesini bütün dünyaya nümayiş etdirəcəyik.
Bu gün yaşadığımız mühitin, böhranların ən böyük səbəbləri enerji ilə bağlıdır. İqlim dəyişikliyi ilə bağlı problemlərin təxminən 70%-i enerji mənbələrindən qaynaqlanır. Emissiyalarımızın 70%-nin enerji mənbəli olduğunu nəzərə aldıqda, hər bir ölkə özünü təmin edə biləcək enerji siyasətini həyata keçirməlidir.
Bərpa oluna bilən enerjini çox nəzərə alırıq və bu sahədə müvafiq addımlar atacağıq”.