BAKI, 12 mart. TELEQRAF

“Avropa İttifaqının müşahidəsi budur ki, sülh, rifah və demokratik prinsiplər pozulmaqdadır. Demokratik prinsiplər hər gün təhdidə məruz qalır. İkili standartlara meyillilik artır. Artıq qərarlar verməyin vaxtıdır”

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, təhlükəsizlik və müdafiə sahəsində vəziyyət düzəlməlidir. Etibarlı tərəfdaşlıqlar qurmalıyıq:

“Avropa İttifaqı ilə ABŞ arasında birbaşa əlaqələrin dəyişdiyini görürük. Bu isə əlavə əsas yaradır ki, Avropa İttifaqı üç istiqamətdə qərar versin və iqtisadi əsasların daha ciddi tənzimlənməsi həyata keçirilsin”.