BAKI, 26 fevral. TELEQRAF
"Xocalı faciəsi insanlıq vicdanına iz buraxan ləkə olaraq tarixdə yer alıb".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"34 il əvvəl Xocalıda insanların vəhşicəsinə qətlə yetirilməsinə görə başsağlığı veririk. Xocalı faciəsi tarixə insanlığın vicdanında iz buraxan ləkə kimi düşüb", - səfir qeyd edib.