"Türkiyə və Azərbaycan hər zaman bir-birinin haqlarını və həqiqətlərini müdafiə edib".

Teleqraf xəbər verir ki, bu sözləri "15 İyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

"Eyni coğrafiyanı paylaşan türk xalqı olaraq biz həmişə bir-birimizin dəyərini bilmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı diqqət və dəstəyi sayəsində aramızda çox yaxın əməkdaşlıq mövcuddur. Biz bunu xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin prosesi addım-addım izləməsində açıq şəkildə gördük. İyulun 15-də gecə türk xalqının nümayiş etdirdiyi dirəniş ruhunun eyni şəkildə azərbaycanlı qardaşlarımız tərəfindən də yaşandığını müşahidə etdik.

Türkiyədə baş verən zəlzələ zamanı isə bizə ən çox yardım edənlər azərbaycanlı qardaşlarımız oldu. Xalqlarımız arasındakı əlaqələri daha da gücləndirmək bizim borcumuzdur", - deyə B.Akgün əlavə edib.