BAKI, 20 yanvar. TELEQRAF

"İrandakı səfirliyimiz və baş konsulluğumuz mütəmadi olaraq fəaliyyətdədir".

Teleqraf xəbər verir ki, bu fikirləri Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bütün bu müddət ərzində fəaliyyətləri bir saat da dayanmayıb: “İranda olan Azərbaycan vətəndaşları hansısa çətinliklə üzləşəndə bizə müraciət edə bilərlər. Biz burada hər hansı ciddi problem görmürük”.