BAKI, 4 dekabr. TELEQRAF

"Azərbaycan və Rusiya, hətta son vaxtlar aralarında gərginliyin artması fonunda belə, mehriban qonşuluq münasibətlərinin davamlı inkişafı üçün bütün səylərini göstərirlər".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Cenevrədə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya “Azərbaycanın strateji tərəfdaşıdır”.

Əmirbəyov qeyd edib ki, hər iki tərəf "həm milli, həm də xalqlar səviyyəsində çox zəngin qarşılıqlı fəaliyyət tarixini bölüşür".

"Eyni zamanda, Bakı və Moskva "bu münasibətlərin potensialının daim inkişaf etməsi üçün hər şeyi edir", - o əlavə edib.

“Hətta münasibətlərimizdə gərginliyin artması fonunda da iqtisadi-ticarət əlaqələri öz inkişafını dayandırmayıb”, - deyən xüsusi nümayəndə bu istiqamətdə “pozitiv dinamikanın müşahidə olunduğunu” bildirib.

O, həmçinin ümidvar olduğunu bildirib ki, liderlərin oktyabrda Düşənbədə keçirilən görüşündə iki ölkə arasında münasibətlərə verilən təkan onlara "münasibətlərinin tarixinə və hazırkı iqtisadi maraqlarına" əsaslanaraq, "qarşılıqlı maraqlara hörmət əsasında" onları daha da inkişaf etdirməyə imkan verəcək.