BAKI, 21 noyabr. TELEQRAF
Noyabrın 21-də Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.
DİN Mətbuat Xidmətindən Teleqraf-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.
Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.
***
10:18
Azərbaycan daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı Geka Geladzenin dəvəti ilə Gürcüstana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində hər iki ölkənin daxili işlər nazirləri geniş tərkibdə görüş keçirəcək və Gürcüstanla Azərbaycan arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək anlaşma imzalayacaqlar.
Vilayət Eyvazov nümayəndə heyəti ilə birgə Gürcüstan Daxili İşlər Nazirliyinin bir sıra polis bölmələrini də ziyarət edəcək və onların fəaliyyəti ilə tanış olacaq.