BAKI, 14 oktyabr. TELEQRAF

Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu təsdiqlənib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qərar imzalayıb.

Qeyd edək ki, 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” imzalanıb.