BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampla Qəzza sammiti çərçivəsində görüşüb.

Teleqraf xəbər verir ki, Tramp çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb.

"Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır".