BAKI, 9 oktyabr. TELEQRAF

Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Teleqraf xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, itkin düşmüş şəxslərdən 3 min 984 nəfəri XX əsrin 90-cı illərində yəni, I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb.

3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır.