BAKI, 13 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO-nun bütün üzvlərinin birgə hərəkət edərək Rusiyadan neft almağı dayandıracağı təqdirdə Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin rəhbəri özünün sosial media hesabında yazıb.
Tramp bununla bütün NATO ölkələrinə və dünyaya mesaj yolladığını qeyd edib.