ASTARA, 24 iyun. TELEQRAF
Astara Dövlət Sərhədinin buraxılış məntəqəsində bir neçə ölkənin müvəqqəti nümayəndəliyi fəaliyyətə başlayıb.
Teleqraf-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri Astara sərhəd keçid məntəqəsinin qarşısında müvəqqəti nümayəndəliklər açıb.
Bu nümayəndəliklər Kanada, Avstraliya, İtaliya və Almaniya səfirliklərinə məxsusdur.
Məlumata əsasən, adıçəkilən ölkələrin diplomatik nümayəndələri sərhədin yaxınlığında xüsusi olaraq icarəyə götürülmüş sahədə fəaliyyət göstərirlər.
Onların əsas məqsədi Azərbaycan ərazisindən təxliyə olunan vətəndaşlara ilkin yardım göstərmək, nəqliyyat məsələlərini koordinasiya etmək və vətəndaşların öz ölkələrinə qayıdışı üçün lazım olan sənədləşməni yerindəcə həyata keçirməkdir.
Qeyd edək ki, İran-İsrail arasında davam edən gərginlik fonunda başlanan təxliyə prosesi müəyyən fasilələrlə davam etdirilir və Azərbaycan bu prosesdə humanitar dəhliz rolunu oynamağa davam edir.