ASTARA, 23 iyun. TELEQRAF

Astara Dövlət Sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi artıq 11 gündür fasiləsiz şəkildə həyata keçirilir.

Teleqrafın bölgə müxbiri xəbər verir ki, son məlumatlara görə, bu müddət ərzində müxtəlif ölkələrərin təxminən 3.000-ə yaxın vətəndaşı Azərbaycan ərazisindən tranzit marşrutu ilə təhlükəsiz şəkildə təxliyə olunub. Onların arasında Avropa İttifaqı ölkələri ilə yanaşı, Kanada, Yaponiya, Cənubi Koreya və digər dövlətlərin vətəndaşları da yer alıb.

Təxliyə olunan şəxslərin sərhəddən keçidi Azərbaycan tərəfinin nəzarəti altında, koordinasiyalı şəkildə həyata keçirilir.

Qeyd edilir ki, bu humanitar dəhliz bölgədəki son gərginlik fonunda zəruri ehtiyacları qarşılayır və beynəlxalq tərəfdaşlarla razılaşdırılmış şəkildə icra olunur.