BAKI, 15 may. TELEQRAF
Sabah Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, bu, komissiyanın 2025-cü il üzrə sayca 7-ci toplantısı olacaq.
Sonuncu iclas aprelin 23-də baş tutub.
Bu günə qədər komissiya 700-dən çox müraciətə baxıb.
Qeyd edək ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.