BAKI, 10 may. TELEQRAF
"Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Mart ayında sülh sazişi mətni üzərində danışıqlar yekunlaşıb. Azərbaycanın qarşı tərəfdən gözləntiləri var. Bu, Ermənistanda Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvidir. Ermənistan Konstitusiyasından Azərbaycan torpaqlarına dair iddialar çıxarılmalıdır. Bu istiqamətdə proses davam edir.
Delimitasiya üzrə təmaslar olub, işlər davam edir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması vacibdir" - Ceyhun Bayramov qeyd edib.