BAKI, 23 aprel. TELEQRAF

Bu gün saat 3-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda müxtəlif hərbiçilər və başqa kateqoriyadan olan şəxslərin müraciətlərinə baxılacaq.

Bunu Teleqraf-a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

Komitə sədri söyləyib ki, bugünkü iclasda cərimələr və digər kateqoriyadan olan cinayətlərə görə həbs edilmiş şəxslərin əfv olunması ilə bağlı müzakirələr olacaq: "Zəruri meyarlara uyğun gələn şəxslərin əfv olunması ilə üçün qərarlar qəbul ediləcək”.

Qeyd edək ki, Komissiyanın iclasları, adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.