BAKI, 20 mart. TELEQRAF

Sülh sazişinin imzalanma yeri və tarixi dəqiqləşdirilmədiyi üçün tam mətn açıqlanmır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Sülh sazişinin mətninin yayımlanmaması ilə bağlı Qriqoryan qeyd edib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat verilib:

“Başa düşürəm ki, ictimaiyyət müqavilə haqqında daha ətraflə məlumat istəyir, amma tarix və yerlə bağlı (Azərbaycanla) hələ də razılaşmamız olmadığını nəzərə alaraq, işimizi davam etdiririk və bu razılaşma olduqda müqavilənin mətnini də təqdim edəcəyik”.

O, əlavə edib ki, Azərbaycan və Ermənistan mətni tam razılaşdırıb və imzalanması üçün görüş keçirilməlidir:

“Müqavilənin imzalanma yeri və tarixi müzakirə edilməyib, amma Ermənistan Azərbaycanla məsələni müzakirə etməyə hazırdır”.