BAKI, 27 fevral. TELEQRAF
Milli Məclisin deputatları Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləri izləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.
Teleqraf-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat Anatoliy Rafailov MDB Parlament Assambleyasının, deputat Azər Badamov isə MDB İcraiyyə Komitəsinin xətti ilə Tacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və seçki günü məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər.
Səfər martın 3-də başa çatacaq.