BAKI, 18 fevral. TELEQRAF

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu səhhətində yaranmış problemlərə görə hazırda ev şəraitində müalicə alır.

Bu barədə Teleqraf-a Mirmahmud Mirəlioğlu səhhətində yaranan problemlərdən danışarkən bildirib.

“Bütün dostlara salam olsun. 3 ay öncə xəstəxanadan çıxmışam. Hazırda karantin və bərpa dövrü davam edir”, - deyə söyləyib.

Qeyd edək ki, o, bir müddət öncə Türkiyədə orqanizmində yaranmış şişin götürülməsi ilə bağlı əməliyyat olunmuşdu.

Mirmahmud Mirəlioğlu 1956-cı il sentyabrın 1-də Yardımlı rayonunda doğulub.

Milli Məclisinin I və II çağırış deputatı olub. 2006-cı ildən Klassik Xalq Cəbhəsi Partiyasının sədridir.