Milli Məclisin (MM) yaz sessiyasının ilk plenar iclası işə başlayıb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan edib və Dövlət Himni səsləndirilib.
İlk iclasın gündəliyinə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və daha 13 məsələ daxil edilib.
***
07:00
Bu gündən Milli Məclisin yaz sessiyası işə başlayır.
Teleqraf.com xəbər verir ki, yaz sessiyasının fevralın 3-də keçiriləcək ilk iclasının gündəliyində 16 məsələ var.
Qanunverici orqanın daxili nizamnaməsinə əsasən, sessiyaya fevralın 1-də start verilir və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü başlayır.
Parlamentin sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.
Bundan başqa, sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır. Həmçinin İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Milli Məclis qarşısında illik məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.