Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə bildirilib ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf etdirilir. Nazirlər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.

Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.