
BAKI, 10 mart. TELEQRAF
"Bu cür hərtərəfli müzakirələr yeni problemləri və məsələləri ortaya çıxarır".
Teleqraf xəbər verir ki, bu sözləri Prodüserlər Gildiyasının direktoru Müşfiq Hətəmov Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı paneldə çıxışı zamanı deyib.
"Mənim təklifim Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və özəl şirkətlər arasında peşəkar tənzimləmənin aparılması, normativlərin peşəkarlar tərəfindən hazırlanmasıdır. Hər bir sahədə addımlar atılır və işlər görülür, amma sistemsizlik problemi öz həllini gözləyir", - Müşfiq Hətəmov qeyd edib.