LAÇIN, 22 avqust. TELEQRAF

İşğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Laçında yenidənqurma işləri sürətlə davam etdirilir.