BAKI, 30 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Avropa ölkələri arasında mövcud fikir ayrılıqlarının gələcəkdə aradan qaldırılacağına əminliyini ifadə edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Avropanın Rusiya ilə problemləri var, Rusiyanın da onlarla problemləri mövcuddur. Amma hər şey yoluna qoyulacaq”, – ABŞ lideri bildirib.

Tramp tərəflər arasında münasibətlərin normallaşacağına inandığını vurğulasa da, bunun hansı müddətdə və hansı şərtlərlə baş verə biləcəyini açıqlamayıb.