BAKI, 30 noyabr. TELEQRAF

Bakının Sabunçu rayonunda 3 aylıq körpə faciəvi şəkildə ölüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 3 aylıq Cəfərzadə Mələk Həsən qızı anası tərəfindən yatağa uzadılıb. Ana körpənin yuxusunun pozulmaması üçün digər qızını yatızdırmaq məqsədilə başqa otağa keçib.

Bir müddət sonra geri qayıdan qadın körpəsini üzüaşağı vəziyyətdə görüb. Uşağı çevirdikdə onun nəfəs almadığını müəyyən edib.

Körpə dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, körpə yataqda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi müvafiq ekspertizanın nəticəsindən sonra məlum olacaq.