CƏBRAYIL, 30 iyul. TELEQRAF
Böyük Qayıdış proqramı çərçivəsində iyulun 30-da Cəbrayıl şəhərinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, mərasimdə dövlət qurumlarının nümayəndələri və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
****
12:51
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köç prosesi davam edir. Bu gün Cəbrayıl şəhərinə yola salınan ailələr hazırda doğma torpağa qovuşmağın sevincini yaşayırlar.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Cəbrayıla 44 ailə olmaqla, 166 nəfər köçürülüb.
Köçürülən ailələr əsasən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çox insan yaşayır.
***
06:25
BAKI, 30 iyul. TELEQRAF
Bu gün Cəbrayıl şəhərinə növbəti köç yola salınıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə şəhərə 44 ailə 166 nəfər köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən qurulan Cəbrayıla qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.