Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman maşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.