Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.