Bu gün Şuşa səhərini ilk qarla açıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə video paylaşıb.

O qeyd edib ki, şəhərdə bu gün səhərdən etibarən mövsümün ilk qarı müşahidə edilir: “Bu qardan, bu havadan doymaq olmur. Göydən elə bil qar yağmır, nəsə başqa hisslərdir, çatdırmaq çox çətindir. Uşaqlıqda nağılları necə danışırdılar, eyni mənzərədir, Hamıya Şuşadan salamlar”.

Həmin görüntüləri təqdim edirik: