Azərbaycanın Cəbrayıl rayonu ərazisində aparılan axtarış işləri nəticəsində daha 3 erməni hərbçisinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndindəki separatçı rejimin nümayəndəsi Hunan Tadevosyan məlumat verib.
Onun sözlərinə görə, indiyə qədər axtarış işləri nəticəsində bölgədə ümumilikdə 1197 hərbi qulluqçunun cəsədi tapılıb.
Tadovsyan axtarış işlərinin bazar ertəsi davam edəcəyini bildirib.