BAKI, 11 sentyabr. TELEQRAF
Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki sazişi təsdiq edəcək.
Teleqraf xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiqi haqqında qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.