BAKI, 26 may. TELEQRAF
Yaşıllıqların məhv edilməsi barədə yalan məlumat verənlər cərimələnəcək.
Teleqraf xəbər verir ki, məsələ Milli Məclisinin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və ya təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər isə 5 min manat məbləğində cərimə ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.